"Dördüncü sənaye inqilabı dövründə elm və texnologiyaların mövcud vəziyyəti və inkişaf perspektivləri"
6-7 may 2024-cü il tarixində Azərbaycan Texnologiya Universitetində (ATU) Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş “Dördüncü sənaye inqilabı dövründə elm və texnologiyaların mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda hibrid formatda Beynəlxalq Elmi-Praktik Konfrans keçiriləcəkdir.
Konfrans materialları aşağıdakı tələblərə
Dil
Azərbaycan Rus və İngilis dilində qəbul olunur.
Yazılar
Mətn “Microsoft Word for Windows” redaktorunda Arial şriftilə (hərflərin ölçüsü-12 pt, interval-1,5, abzas-1,25), boş sahələrin ölçüləri soldan-25 mm, sağdan-15 mm, yuxarı və aşağıdan 20 mm olmaqla, A4 formatlı standarta (210x297 mm) uyğun hazırlanmalıdır
Məruzə mətni
Məruzənin mətni 3 səhifəyə qədər olmalıdır
Başlıq
Mətnin əvvəlində ortadan materialın mövzusu, onun altında tədqiqatçıların adı və soyadı, müəssisənin adı, müəlliflərin elektron poçt ünvanı yazılır (hər biri qalın şrift ilə);
Ədəbiyyat siyahısı
Ədəbiyyət siyahısı Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının tələbləri əsasında göstərilir
Sıra
Ədəbiyyat siyahısı mətnin sonunda əlifba sırası ilə verilir
İstinad
İstinad olunan ədəbiyyat nəşr olunduğu dildə verilir
Ədəbiyyat
Ədəbiyyat siyahısında son 5-10 ilin elmi məqalələrinə, monoqrafiyalarına üstünlük verilməlidir
- Ən azı bir xarici ədəbiyyata istinad arzuolunandır
- Konfrans materialının sonunda xülasə verilir (Azərbaycan dilində yazılmış materiala İngilis və Rus dillərində, Rus dilində yazılmış materiala İngilis dilində). İngilis dilində yazılmış konfrans materialının xülasəyə ehtiyacı yoxdur. Müəllifin gəldiyi elmi nəticə, işin elmi yeniliyi xülasədə yığcam şəkildə öz əksini tapmalıdır. Xülasələr elmi və qrammatik baxımdan ciddi redaktə olunmalıdır. Hər bir xülasədə materialın, müəllifin və müəssisənin adı yuxarıda qeyd olunan qaydada göstərilməlidir.
- Konfransın redaksiya heyətinə təqdim olunan materialın orjinallığı 85 %-dən az olmamalıdır.
- Konfrans materialları konkret və konfransın mövzusuna uyğun olmadıqda, yuxarıda qeyd olunan tələbləri ödəmədikdə Təşkilat komitəsi tərəfindən qəbul edilmir və bu barədə müəlliflərə məlumat verilmir.
- Məruzə üçün qəbul edilən tezis haqqında məlumat müəlliflərə konfransa 3 gün qalmışa qədər (son tarix 3 may) göndərilir.
- Konfransda çıxış edən hər bir tədqiqatçıya sertifikat verilir. Dinlənilmiş məruzələrdən nəşr üçün yararlısı sədr və həmsədrlər tərəfindən müəyyən edilib protokollaşdırılır. Protokol Təşkilat komitəsinə təqdim olunur.
- Konfrans materialları 20 gün ərzində (mayın 27-ə qədər) PDF formatında universitetin rəsmi saytında yerləşdirilir.
Ödəniş
- Konfransda iştirak ATU və xarici ölkələri təmsil edən əməkdaşlar, gənc tədqiqatçılar (doktorant, dissertant və magistrantlar) üçün ödənişsizdir. Digər iştirakçıların məruzə materialının hər səhifəsi üçün 5 manat nəzərdə tutulur. Konfrans materialları ödəniş qəbzi ilə birgə təqdim olunmalıdır.
- Ödəniş üçün tələb olunan rekvizitlər aşağıdakılardır:
Ödəniş üçün tələb olunan rekvizitlər aşağıdakılardır
AZƏRBAYCAN TEXNOLOGİYA UNİVERSİTETİ MMC
VÖEN: 2300343181
H/H: AZ39AIIB38060019440135272127
Bankın adı: “Kapitalbank” ASC Gəncə filialı
Bankın kodu: 200275
VÖEN: 9900003611
Müxbir hesab: AZ37NABZ01350100000000001944
S.W.I.F.T. BİK: AIIBAZ2X
Konfrans materialları elektron poçt ünvanına göndərilməlidir
Konfrans materialları son müraciət tarixindən gec olmayaraq conference@atu.edu.az elektron poçt ünvanına (Ödəniş qəbzi varsa onunla birlikdə) göndərilməlidir.
Ünvan: Gəncə ş. AZ2011 Şah İsmayıl Xətai prospekti 103
Tel: (022) 257 00 46
e-mail: conference@atu.edu.az